Azərbaycan podratçıları Qazaxıstanın neft layihələrində iştirak edə bilər (ÖZƏL)


Digərləri 08 Mar 2018 21:30:00 539 0

Azərbaycan podratçıları Qazaxıstanın neft layihələrində iştirak edə bilər (ÖZƏL)

Azərbaycanın neft podratçıları Qazaxıstanın “Kaşaqan” yatağının işlənməsi üzrə birgə müəssisələrdə iştirak edə bilər

Bakı. Əli Mustafayev - Azərbaycanın neft podratçıları Qazaxıstanın “Kaşaqan” yatağının işlənməsi üzrə birgə müəssisələrdə iştirak edə bilər. Bu barədə Trend-ə Qazaxıstanın Energetika Nazirliyindəki mənbə məlumat verib. "Qeyd etmək lazımdır ki, “Kaşaqan” yatağının mənimsənilməsində Qazaxıstan mallarının və xidmətlərinin təşviqinə xüsusi önəm verilir. Eyni zamanda, bu proses əcnəbi şirkətlər və Qazaxıstan şirkətləri arasında birgə müəssisələrin/kontsorsiumların yaradılmasını nəzərdə tutur. Bundan irəli gələrək, rəqabətə davamlı təkliflər olarsa, Azərbaycandan olan podratçılar birgə müəssisələrin həm potensial tədarükçüsü, həm də ki, iştirakçısı qismində layihəyə cəlb oluna bilər", - deyə o bildirib.