Avtomobil aşıb, yaralılar var


Digərləri 08 Mar 2018 20:12:00 234 0

Avtomobil aşıb, yaralılar var

Qobustan rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Qobustan-Xılmilli avtomobil yolunda qeydə alınıb.

"NİVA" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə Zəngilan rayon sakinləri - 1960-cı il təvəllüdlü Babayev Zaur İsa oğlu və 1991-ci il təvəllüdlü Səfiyev Məmmədyar Damət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Qobustan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.