Dolaşa "qara siyahıya" düşüb


Digərləri 08 Mar 2018 20:02:00 304 0

Dolaşa "qara siyahıya" düşüb

Finlandiya Kənd və Meşə Təsərrüfatı Nazirliyi dolaşanın mühafizə olunan quşlar siyahısından çıxarılıb ovlanmasına icazə verilən növlərin siyahısına salınmasını təklif edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Nazirliyin mətbuat üçün məlumatında deyilir ki, 2000-ci illərdə dolaşaların populyasiyası xeyli çoxalıb. Bu quşların vurduğu ziyan da nəzərəçarpacaq dərəcədə artıb. Dolaşaların ucbatından xeyli kompensasiya ödəmək lazım gəlir.