Ürəyi xəstə olan insanlar evində pişik saxlasın


Digərləri 08 Mar 2018 19:37:00 277 0

Ürəyi xəstə olan insanlar evində pişik saxlasın

Pişiklər qədim zamanlarda mistik heyvan hesab olunurdu, onlara hətta sitayiş edirdilər.

Müasir tibb pişikləri ən faydalı ev heyvanı hesab edir və onların insan orqanizmə olan müalicəvi təsirini təsdiq edir. Rus alimlərinin son araşdırması növbəti dəfə pişiklərin "terapevtik effekti"ni sübut edib.

Son.az saglamolun.az-a istinadla xəbər verir ki, Volqoqrad Dövlət Universiteti alimləri araşdırma zamanı aşkar ediblər ki, pişiklər insanların arterial təzyiqini və ürək ritmini tənzimləyir. Bunun sirri isə pişiklərin mırıltısındadır.

Araşdırmada 20  tələbə iştirak edib. Eksperimentdən əvvəl iştirakçıların nəbzi və təzyiqi ölçülüb, EKQ çəkilib. Daha sonra tələbələr 10 dəqiqə ərzində pişiklərin mırıltısına qulaq asırdı. 10 dəqiqədən sonra iştirakçıların vəziyyəti yenidən qiymətləndirilib.