Martın 8i Ümumdünya Böyrək Günüdür


Digərləri 08 Mar 2018 19:27:00 290 0

Martın 8i Ümumdünya Böyrək Günüdür

Hər il qeyd edilən Ümumdünya Böyrək Gününün tarixi 2006-cı ilin martından başlayıb və həmin ayın ikinci cümə axşamı qeyd edilir. Əslində bu, böyrəklərin əhəmiyyəti haqqında qlobal informasiya və maarifçilik kampaniyasıdır. Onun keçirilməsi Beynəlxalq Nefroloqlar Cəmiyyəti və Beynəlxalq Böyrəklər Fondu Federasiyasının birgə səylərinin nəticəsində mümkün olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Ümumdünya Böyrək Gününün əsas məqsədi beynəlxalq və dövlət təşkilatlarının, siyasi strukturların diqqətinin səhiyyəyə cəlb edilməsi, səhiyyə sisteminin inkişafına yardım göstərmək, böyrək xəstələrinin problemi ilə əlaqədar səylərin birləşdirilməsidir. Həmçinin məqsədlər sırasında tibbin bu sahəsində mütəxəssislərin təcrübə mübadiləsinin aparılması, böyrək xəstəliklərinin profilaktikası, müalicə keyfiyyətinin yaxşılaşdırılması, xəstələrə yardım göstərilməsi üçün yeni dərman preparatları və tibb avadanlıqlarının hazırlanmasına diqqəti cəlb etmək də var. Dünya Səhiyyə Təşkilatının və Beynəlxalq Nefroloqlar Cəmiyyətinin məlumatlarına əsasən böyrək xəstəliyi dünya əhalisinin 10 faizi arasında yayılıb və təəssüf ki, bu rəqəm getdikcə artır. Söhbət letallıqla sona çatan, xroniki hala çevrilən ağır xroniki xəstəliklərdən gedir.