Sumqayıtda yeni peşə təhsili mərkəzləri yaradılacaq


Digərləri 08 Mar 2018 17:30:00 280 0

Sumqayıtda yeni peşə təhsili mərkəzləri yaradılacaq

Sumqayıt şəhərində sənaye, yüksək texnologiyalar və xidmət sahəsi üzrə peşə təhsili mərkəzlərinin yaradılması nəzərdə tutulub.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, bu, "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nə uyğun olaraq, iri sənaye mərkəzlərində peşə təhsili və təlimi müəssisələrinin optimallaşdırma prosesinin həyata keçirilməsi, müasir təminatlı peşə təhsil mərkəzlərinin yaradılması tədbirinin icrası çərçivəsində planlaşdırılır.