"Milan" təcrübəli qapıçının transferini həll edib


İdman 08 Mar 2018 17:06:00 316 0

"Milan" təcrübəli qapıçının transferini həll edib

"Napoli"nin qapıçısı Pepe Reyna karyerasını "Milan"da davam etdirəcək. Goal.az xəbər verir ki, təcrübəli qapıçı "rossoneri" ilə ilkin razılıq əldə edib. 30 iynda tərəflər rəsmi anlaşma imzalayacaq. "Milan" FİFA qaydalarına uyğun olaraq transfer barədə "Napoli"ni məlumatlandırıb. 35 yaşlı qapıçı ilə 3 illik müqavilə imzalanacaq. Onun məvacibi 3 mlyon avro olacaq.