Məşhurlar kimə hədiyyə alacaq,


Şou-biznes 08 Mar 2018 16:44:00 286 0

Məşhurlar kimə hədiyyə alacaq,

"Təbii ki, qadın həmkarlarımı da yaddan çıxartmayacağam"

Bu gün bayramdır, xanımların özəl günüdür - 8 Mart - Beynəlxalq Qadınlar Günü. Baxmayaraq ki, ildə bir dəfə keçirilir, qarşı tərəfin nümayəndələri çox vaxt bu bircə günü də biz xanımlara çox görürlər.

Onu da unutmayın ki, tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz qadınların  adı ilə bağlıdır. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş edib və etməkdədir.

Son.az bildirir ki, kaspi.az xanımların özəl günündə incəsənət nümayəndələrinə müraciət edib.

Onların xanımlara arzularını dinlədik, kimlərə hədiyyə alacaqlarını və kimlərdən hədiyyə gözlədiklərini soruşduq.  Aldığımız cavablar isə müxtəlif oldu.

Faiq Ağayev ancaq anasına hədiyyə alacaq    Xalq artisti Faiq Ağayev xanımlara ancaq diqqət və qayğı arzu etdi: "Bayram münasibəti ilə qadınlarımızı təbrik edirəm. Bütün xanımlara daima diqqət, qayğı, nəvaziş içində qalmalarını arzulayıram. Həyat yoldaşları, sevdikləri balaları, sevdikləri insanlar tərəfindən diqqət görsünlər. Qoy bütün xanımlarımız yaxınlarından, doğmalarından sevgi görsünlər. Heç zaman nə edim, necə edim deməsinlər.  Həyatda rahat yaşamaları, həmişə yanlarında etibar etdikləri, güvəndikləri biri olsun". Faiq Ağayev heç bir xanım müğənniyə hədiyyə verməyi planlaşdırmır. O, bu gün ancaq anasına hədiyyə alacağını bildirdi.


Xəbərə aid fotolar