"UEFA bu qaydaya riayət edilməsi üçün iradə nümayiş etdirmədi"


İdman 08 Mar 2018 16:49:00 304 0

"UEFA bu qaydaya riayət edilməsi üçün iradə nümayiş etdirmədi"

"Bayern Munchen" klubunun rəsmisi Karl-Haynz Rummenige UEFA-nın "Financial fair play" qaydalarına ciddi yanaşmadığını düşünür. Goal.az xəbər verir ki, almaniyalı funksioner "Bild"ə açıqlamasında bu məsələyə toxunub.

"Financial fair play" ideyası yaxşı idi. Amma bu qaydalara riayət olunmasına ciddi nəzarət etmək lazım idi. "Ciddi" adı altında onu nəzərdə tuturam ki, qanunu pozan və ya hiylə işlətməklə məsuliyyət yayınmaq istəyən cəzasını çəkməli idi. Təəssüf ki, bunlar heç vaxt baş vermədi. UEFA "Fiancial fair play"ə riayət edilməsi üçün nə təşəbbüs, də də iradə nümayiş etdirmədi".