Cinderes qəsəbəsinin böyük hissəsi azad edildi


Dünya 08 Mar 2018 16:30:00 264 0

Cinderes qəsəbəsinin böyük hissəsi azad edildi

Türkiyə Silahlı Qüvvələri (SQ) və Azad Suriya Ordusu Afrin bölgəsində Cinderes qəsəbəsinin böyük bir hissəsini terrorçulardan təmizləyib.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, hazırda qəsəbədə küçə döyüşləri gedir.

Bundan əvvəl Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində Cinderes qəsəbəsini əhatəyə aldığı deyilirdi.