Gürcüstanın müdafiə naziri Azərbaycana səfər edəcək


Siyasət 08 Mar 2018 16:23:18 240 0

Gürcüstanın müdafiə naziri Azərbaycana səfər edəcək

Gürcüstan nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub

Martın 9-da Gürcüstanın müdafiə naziri Levan İzorianın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, səfər çərçivəsində Gürcüstan nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Səfər martın 10-dək davam edəcək.