Qaradağda silsilə oğurluqlar edən şəxs saxlanıldı


Kriminal 08 Mar 2018 16:20:00 254 0

Qaradağda silsilə oğurluqlar edən şəxs saxlanıldı

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən bir neçə oğurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

DİN-dən Son.az-a verilən məlumata görə, 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabrından cari ilin fevral ayınadək olan müddətdə bir qadının içərisində pul və sənəd olan çantasını, Qaradağ rayon Telefon Qovşağına məxsus 120 metr elektrik naqilini və "Bakı Elektrik Şəbəkə"yə məxsus fasada quraşdırılmış 148 ədəd işıqlandırıcını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elçin Cəlilov saxlanılıb.