Bundesliqa klubunda eyni anda 2 istefa


İdman 08 Mar 2018 16:12:00 267 0

Bundesliqa klubunda eyni anda 2 istefa

Almaniya Bundesliqa qalmaq uğrunda mübarizə aparan "Hamburg"da 2 istefa reallaşıb. Goal.az xəbər verir ki, klubun prezidenti Herbert Bruhhaqen və idman direktoru Yens Todt postunu tərk edib. Hər iki şəxs 3 ay əvvəl analoji vəzifəyə təyin edilmişdi. İdarəçilik fəaiyyətini müvəqqəti olaraq Frank Vettşayn icra edəcək. 25 turdan sonra "Hamburg" turnir cədvəlinin 17-ci pilləsində yer alır. Qeyd edək ki, yanvarın 22-də klubda məşqçi dəyişikliyi baş tutmuşdu. Mark Qisdolun əvəzinə Bernd Hollerbaxla 1 illik müqavilə imzalanmışdı.