Fransanın xarici işlər naziri partyasını tərk edir


Dünya 08 Mar 2018 15:40:00 197 0

Fransanın xarici işlər naziri partyasını tərk edir

Fransanın xarici işlər naziri Jan-İv Le Dorian CNNews telekanalına müsahibəsində Sosialist partiyasından istefa verəcəyini açıqlayıb.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, nazir 44 ildir ki, bu partiyanın üzvüdür.

Martın sonunda partiyanın birinci katibi postuna seçkilər keçiriləcək.