Ceyranbatanda quldurluq edən saxlanıldı


Kriminal 08 Mar 2018 15:47:00 219 0

Ceyranbatanda quldurluq edən saxlanıldı

Fevralın 7-də saat 1 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yaşayan K.Sahibovanın evinə pəncərədən girmiş naməlum şəxs onun əllərini iplə bağlayaraq bıçaqla hədələyib, oradan 50 manat pul və 300 manat dəyərində qızıl əşyalar aparıb.

DİN-dən Son.az-a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ceyranbatan qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Elnur Axundov və Rafiq Ağayev saxlanılıb.