Davide Astorinin dəfn mərasimi keçirilib


İdman 08 Mar 2018 15:50:00 265 0

Davide Astorinin dəfn mərasimi keçirilib

"Fiorentina"nın kapitanı Davide Astorinin dəfn mərasimi keçirilib. Goal.az xəbər verir ki, Florensiyanın Bazilika di Santa Kroçe ərazisində təşkil olunan mərasimə bir sıra tanınmış futbol simaları qatılıb. İlk sıralarda "bənövşəyilər"in oyunçu və məşqçi heyəti olub. Astorinin dəfnində Filippo İnzaqi, Xavyer Zanetti, Luçano Spaletti, Mario Balotelli, Alessando Florenzi də olub. "Juventus"un baş məşqçisi Massimiliano Alleqri və kapitanı Canluici Buffon "Tottenham"lə matçdan sonra Londondan birbaşa mərasiminə gəliblər.