"Beşiktaş" "Trabzonspor"da cəmi 3 dəqiqə oynamş futbolçunu transfer edir


İdman 08 Mar 2018 15:32:00 316 0

"Beşiktaş" "Trabzonspor"da cəmi 3 dəqiqə oynamş futbolçunu transfer edir

"Beşiktaş" 4 il ərzində "Trabzonspor"da sadcə 3 dəqiqə forma geyinən Mertcan Çamla anlaşıb. Goal.az xəbər verir ki, "Habertürk" nəşrnin yazarı Atilla Türker klubların yanvarın 29-da müqavilə imzaladığını ortaya çıxarıb. "Bordo mavililər"lə müqaviləsi 15 ay sonra başa çatacaq Mertcan hazırda aşağı dəstə təmsilçisi "Bandırmanspor"da forma geyinir. "Qara qartalar"ın müqaviləni erkən pozmağa görə 885 min avro təzminat ödəyəcəyi məlum olub. Müqavilədə maraqlı bəndlər diqqəti cəlb edir. 23 yaşlı futbolçu zədələnsə belə, göstərilən məbləğ "Trabzonspor"a ödənilməlidir. Türker yazısında qeyd edir ki, "Beşiktaş"da gənc futbolçularla müqavilə adətən 4 il müddətinə imzalanır. Futbolçuya ildə 500 min avro məvacib təyin olunması gözlənilir.