Ceyranbatanda quldurluq edən saxlanıldı


Digərləri 08 Mar 2018 14:42:16 222 0

Ceyranbatanda quldurluq edən saxlanıldı

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yaşayan K.Sahibovanın evinə pəncərədən girmiş naməlum şəxs onun əllərini iplə bağlayaraq bıçaqla hədələyib.

Bakı. Fevralın 7-də saat 1 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yaşayan K.Sahibovanın evinə pəncərədən girmiş naməlum şəxs onun əllərini iplə bağlayaraq bıçaqla hədələyib, oradan 50 manat pul və 300 manat dəyərində qızıl əşyalar aparıb. DİN-dən Trend-ə verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ceyranbatan qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Elnur Axundov və Rafiq Ağayev saxlanılıb.