Poçettino: "Komandamla fəxr edirəm"


İdman 08 Mar 2018 14:29:00 254 0

Poçettino: "Komandamla fəxr edirəm"

"Tottenham" Çempionlar Liqasının 1/8 final mərhələsində "Juventus"a uduzaraq (1:2) turnirlə vidalaşıb. Goal.az xəbər verir ki, matçdan sonra "mahmızlar"ın baş məşqçisi Maurisio Poçettino bunları deyib:

"Üç dəqiqə ərzində 2 top buraxdıq. Mərkəz müdafiəsində kobud səhvlərə yol verdik. Məğlubiyyətin səbəbi bunlar oldu. Hər iki oyunda daha yaxşı nəticəyə layiq idik. Komandamla fəxr edirəm. İlk buraxılan qola qədər biz fantastik futbol göstərir və meydanda ağalıq edirdik. Nəticə bizi məyus edir. Amma bu komandanın inkişafının bir hissəsidir. Biz irəli getməkdə davam edəcəyik. Futbolda qol vurub qapını toxunulmaz saxlamaq tələb olunur. Bunun öhdəsindən gələ bilmədik. "Juventus" bizim qapımıza 2-3 dəfə yaxınlaşdı. Onlar hər səhvə görə bizi cəzalandırdı".