PSG italyan mütəxəsisin agenti ilə əlaqə saxlayıb


İdman 08 Mar 2018 13:47:00 276 0

PSG italyan mütəxəsisin agenti ilə əlaqə saxlayıb

PSG Çempionlar Liqasında qarşıya qoyulan tapşırığıyerinə yetirə bilməyən Unay Emeri ilə yollarını ayırmağı planlaşdırır. Goal.az "L`Equipe" nəşriə istinadən xəbər verir ki, Paris klubu "Chelsea"nin baş məşqçisi Antonio Konte ilə maraqlanır və artıq onun agenti kimi fəaliyyət göstərən qardaşı ilə əlaqəyə çıxıb. İtalyan mütəxəsislə "zadəganlar"ın sahibi Roman Abramoviç arasında transfer siyasətində fikir ayrılığı olduğundan Konte mövsümün sonunda istefa verə bilər. İtaliya Futbol Federasiyası da gənc mütəxəsisin ətrafında cərəyan edən hadisələri diqqətlə izləyir. O, 2014-16-cı illərdə artıq "mavi eskadra"nın sükanı arxasında olub.