Azərbaycan - Yaponiya ikitərəfli münasibətləri müzakirə edilib (FOTO)


Digərləri 08 Mar 2018 13:43:00 240 0

Azərbaycan - Yaponiya ikitərəfli münasibətləri müzakirə edilib (FOTO)

Prezident yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Yaponiyanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə Yaponiya diplomatiyasına həsr edilmiş dəyirmi masa keçirilib.

Bakı. Prezident yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Yaponiyanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə Yaponiya diplomatiyasına həsr edilmiş dəyirmi masa keçirilib. Trend-in məlumatına görə, Yaponiya Baş nazirinin Xüsusi Məsləhətçisi, Keio Universitetinin Sistem Dizaynı və Menecment Fakültəsinin doktoru Tomohiko Taniquçinin iştirakı ilə keçirilən görüşdə SAM-ın Xarici Siyasət Məsələlərinin Təhlili şöbəsinin müdiri Cavid Vəliyev tədbiri giriş sözü ilə açaraq dəyirmi masa iştirakçılarını Azərbaycan - Yaponiya ikitərəfli münasibətləri, hər iki ölkə arasındakı qarşılıqlı əlaqələrin hazırkı durumu və inkişaf perspektivləri barədə məlumatlandırıb. Daha sonra Dr. Taniquçi “Yaponiya diplomatiyası və geostrateji məqsədləri” mövzusunda məruzə ilə çıxış edərək Yaponiya diplomatiyasının beynəlxalq arenada son 150 il ərzində keçdiyi inkişaf yolu və gələcək perspektivlərinə dair fikirlərini bölüşüb. Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Teruyuki Katorinin də iştirak etdiyi dəyirmi masa beynəlxalq münasibətlər, siyasət və diplomatiya üzrə ekspert və mütəxəssislərin Azərbaycanda və dünyada baş verən aktual məsələlərə dair fikir mübadiləsi və sual-cavab sessiyası ilə başa çatıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin