Mirşahin Ağayevin qardaşının şikayəti əsasında məhkəmə başlayıb
Sosial 08 Mar 2018 13:38:00 279 0
Məhkəmənin növbəti iclası martın 16-na təyin edilib
"Report"un xəbərinə görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəiqiqləşdirilib.
Məhkəmənin növbəti iclası martın 16-na təyin edilib.
Qeyd edək ki, Mirəddin Ağayev dələduzluqda ittiham edilir. O, Bakı şəhər sakini Qəzənfər Davud oğlu Qəzənfərovun Səbail Rayon Polis İdarəsinə şikayəti əsasında istintaqa cəlb olunub. Vətəndaş Mirəddin Ağayevin dələduzluq yolu ilə onun 2000 manatını mənimsədiyini bildirib. İttihama görə, M.Ağayev 4 vətəndaşa qarşı, ümumilikdə, 86 min manat məbləğində dələduzluq edib.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan onun vəkilləri M.Ağayev barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, cəzasının şərti hesab edilməsini istəyiblər.
Xatırladaq ki, ixtisasca həkim olan Mirəddin Ağayev Mirşahin Ağayevin böyük qardaşıdır.