Tutuldu narkotik, bıçaq, beşbarmaqla


Kriminal 08 Mar 2018 13:00:00 336 0

Tutuldu  narkotik, bıçaq, beşbarmaqla

Daxili işlər orqanları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-də ümumi çəkisi 1,5 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Süleymanovdan 5,41 qram heroin, 1 ədəd bıçaq və 1 ədəd beşbarmaq götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə A.Süleymanovun yaşadığı evdən isə nömrəsi silinmiş qaz tapançası və 1 kiloqram 35 qram tiryək aşkar edilərək götürülüb.  

Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşlarının  əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ağasadiq Rəhimovdan isə 405 qram marixuana götürülüb.