NATO Rusiya sərhədi yaxınlığında irimiqyaslı hərbi manevr keçirəcək


Dünya 08 Mar 2018 12:41:00 294 0

NATO Rusiya sərhədi yaxınlığında irimiqyaslı hərbi manevr keçirəcək

Hərbi təlim Norveç ərazisində baş tutacaq

NATO-ya üzv ölkələr 2018-ci il oktyabr-noyabr aylarında Rusiya sərhədləri yaxınlığında, Skandinaviya yarımadasında “Trident Juncture” (“Vahid üçdişli mizraq”) adı altında hərbi əməliyyat keçirəcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dəniz piyadaları korpusunun komandanı, general Robert Neller Konqresin Nümayəndələr Palatasının Təsisatlar komitəsində bildirib.

Onun sözlərinə görə, manevrə NATO-ya üzv dövlətlərin 45 min hərbçisi, onlarla gəmi, təyyarə cəlb ediləcək: “Rusiya tərəfindən demarş və başqa fəaliyyət olacağına əminəm. Fikrimcə, bu, ABŞ strategiyasının ciddiliyini nümayiş etdirir. Avropadakı müttəfiqlərimiz bizim orada mövcudluğumuzu və onların müdafiəsinə sadiqliyimizi görmək istəyir”.

Hərbi təlim Norveç ərazisində baş tutacaq.