Rayola: "Ronaldo etiraz etsə də, sarı vərəqə almadı"


İdman 08 Mar 2018 11:28:00 268 0

Rayola: "Ronaldo etiraz etsə də, sarı vərəqə almadı"

İtaliyalı futbol agenti Mino Rayola Çempionlar Liqasının 1/8 final mərhələsində baş tutan PSG - "Real" (1:2) matçının hakimliyi barədə fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, Rayola referi Feliks Brixin Marko Verrattini meydandan qovması barədə bunları deyib:

"Ola bilsin, Verratti hakimə etiraz etməklə çox irəli getdi. Amma onun reaksiyası komandasına növbəti mərhələyə çıxmaqda kömək etməyə çalışan futbolçunun çarəsizliyi idi. Bu, qeyri-iradi etiraz idi. Ronaldo çəkinmədən bir neçə dəfə bu cür etiraz etsə də, xəbərdarlıq almadı. O, Dani Alveşi qəsdən vurmağa çalışanda belə cəzalandırılmadı".