"Azercell" ADA-da Karyera Sərgisində (FOTO)


Digərləri 08 Mar 2018 11:17:26 233 0

"Azercell" ADA-da Karyera Sərgisində (FOTO)

"Azercell Telekom" MMC ADA-da keçirilən 6-cı Karyera Sərgisində iştirak edib.

Bakı. "Azercell Telekom" MMC ADA-da keçirilən 6-cı Karyera Sərgisində iştirak edib. Şirkətdən Trend-ə verilən məlumata görə, 900-dən çox tələbənin və 105 şirkətin iştirak etdiyi sərgidə "Azercell" əməkdaşları öz fəallıqları və maraqlı stendləri ilə seçiliblər. MMC-nin İnsan Qaynaqları Departamentinin nümayəndələri Azercell-ə işə qəbul olmaq istəyən məzunlar üçün informasiya sessiyaları təşkil edib və şirkətdə mövcud olan vakansiyalar barədə sərgi iştirakçılarını məlumatlandırıblar. İşə qəbul şöbəsinin əməkdaşları Azercell-ə işə qəbul və şirkətin elan etdiyi Tələbə Təqaüdü və Təcrübə proqramları haqqında məlumat veriblər, eyni zamanda, məzunları maraqlandıran sualları cavablandırıblar. Tələbələr mövcud əmək bazarında onların ixtisaslarına olan tələbat barədə məlumat əldə etmək, işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlər isə öz növbəsində potensial kadrların seçimini aparmaq imkanı qazanıblar. Tədbirin keçirilməsində məqsəd öz bacarıq və biliklərinə uyğun iş axtaran gənclərə məsləhətlər vermək, onlara gələcək karyeralarını qurmaqda yardım etməkdir.