Bu gün onların da bayramıdır


Digərləri 08 Mar 2018 10:52:00 232 0

Bu gün onların da bayramıdır

Bu gün daxili işlər orqanlarında cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin qorunmasında kişi həmkarları ilə bərabər qadın əməkdaşlarımız da üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirir və fədakarlıqlar nümayiş etdirirlər. Qürurverici hissdir ki, bu gün qadınlar daxili işlər orqanları kollektivinin mühüm bir hissəsini təşkil edir və müəyyən istiqamətlər üzrə təkanverici qüvvəyə çevrilmişlər. Sevindirici haldır ki, bu qadınların hər biri gözəl xanım, ana olmaqla yanaşı, həm də vətənimiz Azərbaycanın qoruyucusudur.

Onların bayramı ərəfəsində həmsöhbət olduğum Mətanət Həşimova da güclü iradəsi, vətənpərvərliyi və fədakarlığı ilə seçilən əməkdaşlarımızdandır.  O, 1998-ci ildən Balakən Rayon Polis Şöbəsində Post Patrul Xidmətində (PPX) polis nəfəri kimi xidmət etməyə başlayıb. DİN-in Polis Akademiyasında təhsil aldıqdan sonra isə xidmətini bir sıra vəzifələrdə - yetkinlik yaşına çatmayanlarla profilaktiki işlərin təşkili qrupunun, kadrlar qrupunun inspektoru kimi davam etdirib. 2015-ci ildən etibarən isə RPŞ-də müstəntiq kimi çalışır, polis kapitanıdır.