Azərbaycanlı tanınmışların 8 mart üçün hədiyyə arzusu FOTO


Şou-biznes 08 Mar 2018 10:46:00 259 0

Azərbaycanlı tanınmışların 8 mart üçün hədiyyə arzusu  FOTO

Hədiyyə çox vaxt onu hədiyyə etmiş şəxs barədə xoş xatirələrin yadda qalmasına xidmət edir

. Çox illər keçsə belə, hədiyyə olunmuş əşya və ya hər hansı bir predmet unudulmaz xoş dəqiqələri xatırlatma gücünə malikdir.

Aparılan araşdırmalara rəğmən, yenə də hədiyyənin nə olması sualına cavab olaraq müxtəlif fikirlər bildirilmişdir. Hər bir qadının isə özünəməxsus istəkləri var:

34% - hədiyyə olaraq hər hansı bir əşya - simvol gözləyir; 27% - bahalı kosmetik vasitələr - ətir və s.; 13% - geyim və ya aksessuarlar; 11% - onlar üçün fərq etməz. Onlar, "Sən mənim ən gözəl hədiyyəmsən" - fikrindədirlər; 9% - güllərə və şirniyyatlara üstünlük verir; 3% - hədiyyə olaraq pul almağı tərcih edirlər...

Bəs məşhur xanımlarımız hansı hədiyyə almağı daha çox sevirlər?

Son.az oxu.az-a istinadla 8 mart - Beynəlxalq qadınlar günü tanınmış xanımlarımızın hədiyyə istəklərini sizə təqdim edir:

Aparıcı Günel Hümbətova:

"İlk növbədə, deyim ki, 8 martı "Instagram" səhifəmdə müsabiqə elan edib, qalib seçilən xanımlarla keçirəcəyəm. Hədiyyənin böyüyü-kiçiyi olmur. Mənim üçün əsas sevgidir, isti münasibətdir və hədiyyə olunan şeyin ürəkdən verilməyidir. Hədiyyə qəbul etmək üçün özəl günləri gözləmirəm. Həyat yoldaşım həmişə mənə hədiyyə edir. Gözləmədiyim anlarda sürprizlərlə qarşılaşıram. Deməyim odur ki, xüsusi günlərə ehtiyacım yoxdur".

Əməkdar artist Tünzalə Ağayeva:

"Səyahətə çıxmaq - Bu, mənim ən sevdiyim hədiyyədir".


Xəbərə aid fotolar