Berezutski qardaşları milli karyerasını başa vurub


İdman 08 Mar 2018 10:48:00 232 0

Berezutski qardaşları milli karyerasını başa vurub

Moskva "CSKA"sının şərəfini qoruyan Berezutski qardaşları Rusiya millisində çıxışını başa vurub. Goal.az xəbər verir ki, bunu Vasili Berezutski "Sport Ekspress"ə açıqlamasında elan edib.

"Xatırlayırsınızsa, 1 il öncə milli karyerama fasilə vermək qərarına gəldim. Yaşımı, ən əsası sağlamlıq vəziyyətimi nəzərə alıb bütün diqqətimi klubdakı çıxışıma yönəltməli olduğumu anladım. Həmin vaxt yığmanın baş məşqçisi Stanislav Çerçesov mənə məsləhət gördü ki, "müvəqqəti dayandırmaq" formulasındanistifadə edim. Dünya çemponatına 3 ay qalmış hesab edirəm ki, mən və qardaşım aydın formada milli karyeramızı başa vurduğumuzu deməliyik. Yenə qeyd edirəm ki, millinin düşərgəsinəhəmişə məmnuniyyətlə gəlib var gücümü ortaya qoymuşam. Amma indi fiziki durumum mənə başqa seçim yeri qoymur" - 35 yaşlı müdafiəçi deyib.