"Arsenal" futbolçuları Venqerdən narazıdır


İdman 08 Mar 2018 10:05:00 231 0

"Arsenal" futbolçuları Venqerdən narazıdır

"Arsenal"ın bir sıra futbolçuları baş məşqçi Arsen Venqerin məşq metodlarından narazıdır. Goal.az xəbər verir ki, onlar fransalı mütəxəsisin oyunlara seçdiyi taktikanı da bəyənmir. İngiltərə mətbuatı komandanın konkret kiminsə Venqeri əvəzləməsini istəmir. Buna baxmayaraq məşqçinin son 2 mövsümdə atdığı addımlar bəzi futbolçular üçün gözlənilməz olub. Bunlardan biri Aleksis Sançezin "Manchester United"ə satılmasıdır. Çilili ulduzun müqaviləsi mövsümün sonunda başa çatırdı deyə "Arsenal" onu məcburən satmalı olmuşdu. Hər halda onun getməsi bəzilərini razı salmayıb.