FHN 37 yaşlı kişini mənzilində ölü tapdı


Digərləri 08 Mar 2018 09:11:14 282 0

FHN 37 yaşlı kişini mənzilində ölü tapdı

Sumqayıt şəhərində yerli sakin öz mənzilində ölmüş vəziyyətdə tapılıb.

Son.az report-a istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1979-cı il təvəllüdlü Ağamaliyev Nizami Yaşar oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.