49 yaşlı kişi özünü bıçaqladı


Digərləri 08 Mar 2018 09:19:28 305 0

49 yaşlı kişi özünü bıçaqladı

Martın 7-i axşam saatlarında Zaqatala rayonunun Kebeloba kənd sakini, 1969-cu il təvəllüdlü Rəcəb Xəlil oğlu Mahmudov qarın boşluğunun kəsilmiş-deşilmiş və daxilə nüfuz edən bıçaq yarası xəsarəti ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

Son.az APA-ya istinadən xəbər verir ki, müayinə zamanı 49 yaşlı Rəcəb Mahmudovun hələ ki bilinməyən səbəbdən intihar etmək məqsədi ilə bıçaqla özünə ağır xəsarət yetirməsi məlum olub.

Rəcəb Mahmudovun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirlib, vəziyyəti orta-ağır qiymətləndirilir.