Pentaqon: "Rusiya və Çin ABŞın təhlükəsizliyi üçün təhdiddir"


Dünya 08 Mar 2018 09:09:22 230 0

Pentaqon: "Rusiya və Çin ABŞın təhlükəsizliyi üçün təhdiddir"

Rusiya və Çin ABŞ-ın təhlükəsizliyi üçün təhdiddir.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin müavini Con Rud bəyan edib.

"Rusiya və Çin qlobal quruluş və sərhədlərin dəyişdirilməsinə cəhd edir. Bu iki dövlət Birləşmiş Ştatların, onun müttəfiqlərinin və tərəfdaşlarının təhlükəsizliyinə ən böyük təhdiddir", deyə C.Rud bildirib.