Röyadan general oğlu ilə sevgili olması xəbərinə


Şou-biznes 08 Mar 2018 08:19:00 305 0

Röyadan general oğlu ilə sevgili olması xəbərinə

Qafqazinfo.az saytında əməkdar artist Röya Ayxanın Milli Qəhrəman, Şəmkir Korpusunun komandiri, general Rövşən Əkbərovun oğlu ilə eşq yaşaması xəbəri yayımlanıb.

Son.az bildirir ki, ifaçının mətbuat xidməti primetime.az saytına açıqlamasında xəbəri təkzib edib. Bildirilib ki, adıçəkilən general oğlu Telmanla ifaçı arasında illərə söykənən dostluq münasibəti var: "Telman hələ 9 yaşında olarkən Röya xanım onu tanıyırdı. O, əməkdar artistin uşaqlıqdan pərəstişkarları sırasındadır. Telman müğənninin bütün komandası ilə yaxından dostdur və demək olar ki, hər gün bizim yanımızdadır".