"Siz görüb edirsiniz, biz eşidərək" FOTO


Digərləri 08 Mar 2018 07:28:00 275 0

"Siz görüb edirsiniz, biz eşidərək"  FOTO

10 yaşında görmə qabiliyyətini itirən Xanoğlan Sadiq Bakıdakı peşə reabilitasiya mərkəzində qəbul imtahanlarına hazırlaşır 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

30 yaşı var, 10 yaşında görmə qabiliyyətini itirib. Buna baxmayaraq, bu gün kompüterdən, telefondan rahatlıqla istifadə edir, sosial şəbəkələrdə aktivdir, yazılan mesaja operativ şəkildə səsli və ya yazılı formada cavab verir. Bundan əlavə, mütaliəni sevir, il ərzində 30-40-dan çox kitab oxuduğunu deyir. Hətta 2015-ci ildə Avropa Oyunlarında könüllü kimi də çalışıb. Bir sözlə, məqsədləri olan, pozitiv bir insandır. Pozitivliyi ilə bağlı danışanda deyir ki, hər şey insanın özünə bağlıdır. Pozitiv olmasının ona çox işdə irəli getməsinə yardımçı olduğunu deyən müsahibimiz Şəmkir rayon sakini Xanoğlan Sadiqdir. 

- Görmə məhdudiyyətli insanların bir çox işləri etdiklərinə ətrafın reaksiyası həmişə möcüzə xarakterli olur. "Axı görmədən insan bu işləri necə görə bilər?" kimi fikirlər səsləndirilir. Necə edirsiniz? - Bu suala bir neçə cür cavab vermək mümkündür. Birincisi, belə bir deyim var: əsas odur ki, insanın qəlb gözü açıq olsun. Bilirsiniz, bəzən insanlar görmək istədiklərini gördükləri üçün həqiqətləri görə bilmirlər. Həm də insan bir işdə professionallaşdıqca, deyirlər ki, gözü bağlı edə bilir. Bu, məcazi mənada deyilsə də, bizim bacarıqları mənimsəməyimizlə bağlılığı var. İnsan bir işə özünü həsr edirsə, gözü bağlı etməyi bacarırsa, artıq o işləri görmək üçün görmə qabiliyyətinin olmasına çox da ehtiyac qalmır, vərdiş sayəsində reflekslə hər işini görə bilir. Görmə əngəlli insanların istər şəhərdə hərəkət etməsi, istər əl bacarıqları, istər də başqa fəaliyyətləri sırf bununla bağlıdır. İşə sevgi, davamlı vərdiş və təcrübə sayəsində artıq bu işlər formalaşır.  

- Sosial şəbəkələrdən aktiv istifadə edirsiniz, kitab oxuyursunuz, yazırsınız. Bunlar nəyin sayəsində olur? - Kompüterlərdə JAWS For Windovs deyə ekran oxuma proqramı var. Telefonlar üçün də bunun versiyası var. Telefonda, kompüterdə ekranda olan istənilən yazını, mətni səsli şəkildə oxuyur. Əlimi kompüterdə hansı düymənin üstündə sıxıramsa, onu mənə deyir. Yaxud ox işarəsini hansı simvolun, qovluğun üzərinə gətirirəmsə, onu səsləndirir. Onun vasitəsilə mən "Word"də bir barmaqla axtara-axtara deyil, sərbəst şəkildə yazı yazıram. Ən mükəmməl yazanlar 10 barmaqla yazır, qalanlar 9 barmaqla. Mən də 9 barmaqla tam rahat mətn yaza bilirəm. Telefon da onu kimi sensordur, barmağımızı ekranda hərəkət etdirəndə hansı qovluğun üstündən keçiriksə, onu səsli şəkildə oxuyur, ikinci dəfə vuranda qovluq açılır. Məsələn, birinci dəfə üstünə vuranda deyir ki, "Whatsapp", ikinci dəfə vuranda açılır. Tutaq ki, sizin adınızı telefonda "Aygün xanım" deyə yazmışam, əgər sizdən mesaj gəlibsə, səsli şəkildə "Aygün xanım" adlı şəxsdən neçə mesaj gəldiyini deyir. Səsli mesaj atmısınızsa, səsli mesaj gəldiyi haqqında məlumat verir. Bilirsiniz, bunlar hamısı sadə şeylərdir, xüsusi heç nəyə ehtiyac yoxdur. Siz görüb edirsiniz, biz eşidərək. Qalan hər şeydən görən adamlar kimi istifadə edə bilirik.  

- Görmə qabiliyyətinizi nə vaxt itirmisiniz? - 1997-ci ilin avqust ayı idi, 10 yaşım var idi. Sentyabr ayında 4-cü sinfə gedəcəkdim. Dərslərin başlamağına bir neçə gün qalmışdı, bir qəza nəticəsində belə oldu. Uşaq vaxtı idi, dəcəl olmuşuq, damların başında gəzmişik, yerə-göyə sığmamışıq. Uşaqlarla "Daş atdı" oynayırdıq, bir-birimizə daş atırdıq. Mənim bir gözümdə zəiflik var idi, demək olar ki, 4-5 yaşımdan sonra görmürdü. Amma o biri gözümdə heç bir problem yox idi, onunla hərəkət edirdim, məktəbə gedirdim. Sadəcə qorumaq lazım idi, amma dəcəllik etdik, "Daş atdı" oynayanda daşın biri görən gözümün qaşının üstünə dəymişdi. Bununla da gözümün tor qişa deyilən damarı qopmuşdu, sonra Moskvada əməliyyat da olundum, amma xeyri olmadı.  

- Orta təhsiliniz yarımçıq qaldı? - Bəli. 3 il orta məktəbdə oxumuşam, 4-cü sinfə 10 gün getdim. Sentyabrın 10-dan sonra gözdən əngəlli olmağım nəticəsində məktəbə getmədim. Şəmkirdə gözdən əlillər üçün məktəb olmadığı üçün orda orta məktəbi davam etdirə bilmədim, Bakıya da ailəm göndərməyib. Bizdə valideynlər övladlarını özlərindən uzağa tək göndərə bilmirlər axı.   - Görmə qabiliyyətinizi itirdiyiniz ilk dövrləri necə keçirdiniz?

- Əslində, bəlkə də uşaq olduğum üçün o günləri yüngül keçirdim. 15-18 yaşdan sonra belə bir hal baş versəydi, bəlkə də, çox ağır psixoloji fəsadları ola bilərdi. 10 yaşda şüur, təfəkkür o qədər inkişaf etmədiyi üçün düşünür ki, yəqin ki, belə olmalıymış. Fərqinə çox varmamışam deyə, həmin günləri o qədər də ağrılı keçirməmişəm. Amma məsələnin fərdi tərəfi də var. Mənim hazırda 30 yaşım var, 3 ildir ki, aktiv fəaliyyətlə məşğulam. Əl işləri hazırlayıram. Özümə şair demirəm, amma arada cızma-qaralarım olur, şeir, hekayə yazıram. 27 yaşıma qədər isə ancaq öyrənməklə məşğul olmuşam. Televiziyadan, insanlardan, dostlardan, özümdən balacalardan öyrənmişəm, məktəb oxumamışam deyə, hər bir insanı özümə bir kitab hesab etmişəm. 10 yaşımdan 27-yə qədər özümü öyrənməyə həsr etmişəm. Hər sahədə nə isə öyrənməyə çalışırdım və zamanla bunun bir nəticəsi olmalı, öyrəndiklərimi mənə qaytarmalı idı. Bir insan 17 il ərzində bilgi toplayırsa,  - yanlış və ya düz olmasından söhbət getmir, cəhd edirsə, bunun bir geri dönüşü olmalı idi.  

- Qeyd etdiniz ki, 3 ildir aktiv həyata başlamısınız. Bu aktivlik xüsusi bir dönüş nəticəsində yarandı, yoxsa sadəcə zamanla baş verdi? - 2014-cü ilin sentyabrında 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə gəldim. Orada artıq 17 ildə topladığım bilik və bacarıq, potensial üzə çıxdı. Ayaq altda qalmış daşa oxşar almazı parlatmaq üçün bir zərgər lazım idi. Mərkəzdə kompüter kursuna qatıldım, sonra toxuma kursuna getdim. Beləliklə, aktiv fəaliyyətə başladım. Hazırda təlim də keçirəm, professional təlimçi deyiləm, lisenziyam yoxdur, amma öz təcrübəmi, müəyyən tədbirlərdə motivasiya xarakterli fikirləri səsləndirirəm. Ədəbi sahə ilə maraqlanıram, toxuyuram, muncuqdan müxtəlif əl işləri düzəldirəm. Həyatımı iki dövrə bölə bilərik. Mərkəzə gəlməmişdən öncə və sonra. Mərkəzə gəldikdən sonra mənim həyatımda həqiqətən də bir dönüş dövrü oldu.   - Çətinlikləriniz nələrdir?


Xəbərə aid fotolar