ATƏT-də yayılmış "bəyanat" təşkilatın Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyini əks etdirmir


Digərləri 08 Mar 2018 05:52:00 252 0

ATƏT-də yayılmış "bəyanat" təşkilatın Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyini əks etdirmir

Dağlıq Qarabağın separatçı rejiminin təşəbbüsü ilə ATƏT-də yayılmış "bəyanat" təşkilatın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə heç bir aidiyyatı yoxdur.

Bakı. Ləman Zeynalova - Dağlıq Qarabağın separatçı rejiminin təşəbbüsü ilə ATƏT-də yayılmış "bəyanat" təşkilatın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə heç bir aidiyyatı yoxdur. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin erməni KİV-lərində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qeyri-qanuni separatçı rejiminin təşəbbüsü ilə ATƏT-də bir "bəyanat" "rəsmi sənəd" kimi yayılması barədə informasiya ilə əlaqədar məlumatında deyilir.