ABŞ-da məktəbdə atışma nəticəsində ölən və yaralanan var


Dünya 08 Mar 2018 04:24:59 270 0

ABŞ-da məktəbdə atışma nəticəsində ölən və yaralanan var

Atışmanın "təsədüfi" olduğu iddia edilir

Birləşmiş Ştatların Alabama ştatındakı məktəblərdən birində silahlı insident baş verib.

“Report” xəbər verir ki, hadisə Birmingemdə yerləşən "Huffman High School"da qeydə alınıb.

"BreakingNNow‏"nun məlumatına görə, nəticədə iki tələbə yaralanıb. "Ey-el" portalının məlumatına görə, onlardan biri xəstəxanaya aparılarkən yolda ölüb, digərinin vəziyyəti ağırdır.

Atışmanın "təsədüfi" olduğu iddia edilir.

Hüquq-mühafizə orqanları əməkdaşları atəşin açıldığı silahı tapıblar. Digər məlumatlar dəqiqləşdirilir.