Gorandoyda quyuya düşən şəxs xilas edilib


Digərləri 08 Mar 2018 01:39:53 227 0

Gorandoyda quyuya düşən şəxs xilas edilib

Goranboy rayonunda 1 nəfər quyuya düşərək köməksiz vəziyyətdə qalıb.

Bakı. Goranboy rayonunda 1 nəfər quyuya düşərək köməksiz vəziyyətdə qalıb. Hadisə rayonun Tatarlı kəndində baş verib. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı dərinliyi təqribən 12 metr olan su quyusundan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.