Neftçalada ağır qəza: 4 nəfər yaralanıb
Digərləri 07 Mar 2018 23:41:00 291 0
Hadisə Salyan-Neftçala avtomobil yolunda baş verib
Neftçalada baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.
Son.az "Report"a istinadən bildirir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun Xıllı qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Shacman" markalı yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində Neftçala sakinləri - 58 yaşlı Hərarət Əhəd oğlu Əsgərov, Elfura Hərarət qızı Qədirova, 4 yaşlı Mirismayıl Elşən oğlu Talıbov və 47 yaşlı İsgəndər Ələkbərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Neftçala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: milli.az