Cəlilabadda 27 yaşlı qadın bıçaqlandı –


Digərləri 07 Mar 2018 23:43:00 255 0

Cəlilabadda 27 yaşlı qadın bıçaqlandı –

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, rayonun mərkəzində - Səttarxan küçəsində yaşayan 1991-ci il təvəllüdlü Aysel Ağaşova naməlum şəraitdə bıçaqlanıb.

Yaralı Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Aysel Ağaşovanı dindirmək mümkün olmayıb. Bu səbəbdən onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb.