Argentinanın sonuncu diktatoru öldü


Dünya 07 Mar 2018 23:46:00 319 0

Argentinanın sonuncu diktatoru öldü

Müasir Argentina tarixinin sonuncu diktatoru hesab edilən Reynaldo Binone 90 yaşında dünyasını dəyişib.

Son.az axar.az-a istinadən bildirir ki, bu barədə A24 kanalı məlumat yayıb.

Diviziya generalı Binone 1982-83-cü illərdə ölkəni idarə edib. 1983-cü ildə hakimiyyəti mülki hökumətə təhvil verəndən sonra ona qarşı çoxsaylı ittiham irəli sürülüb. O, qətldə və qanunsuz həbslərdə günahlandırılıb.