Çobanyastığı çiçəklərini süddə dəmləyib için...


Digərləri 07 Mar 2018 23:25:00 289 0

Çobanyastığı çiçəklərini süddə dəmləyib için...

Çobanyastığı sağlamlıq üçün ən çox lazım olan faydalı bitkidir. Statistik araşdırmalar göstərir ki, dünyada hər gün 1 milyondan çox əhali çobanyastığı çayından istifadə edir. Onun dəmləməsi hər ölkədə ayrı-ayrı xüsusiyyətlərinə görə içilir.

Son.az medicina.az-a istinadən bildirir ki, təkcə xəstələnən zaman deyil, adi vaxtlarda da həftədə 5-6 dəfə çobanyastığı çayı içmək çox faydalıdır. Məsələn, axşam yatmazdan əvvəl 1 stəkan dəmləmə içmək həm əsəbləri sakitləşdirir, həm də yuxunu dərinləşdirir.

Axşamlar yatmazdan qabaq çobanyastığı çiçəklərini süddə dəmləyib içmək çox xeyirlidir və bu üsul Amerikada daha çox yayılıb.

Çobanyastığı bitkisinin bir neçə növü vardır. Çay kimi faydalarına görə kiçik və çiçəyinə əl vuranda ovulan növündən, yəni aptek çobanyastığından istifadə edilir. Ölkəmizdə böyük çiçəkləri olan çobanyastığı növləri daha geniş yayılıb. Ondan müxtəlif dəri səpgiləri, diatezlər, dəri ləkələri zamanı və əsəbləri sakitləşdirmək üçün vanna şəklində istifadə olunur.

Mədə yarası kimi qeyri-spesifik xəstəliyin bəzən illərlə müalicə olunmasına baxmayaraq heç bir nəticə əldə olunmur. Lakin həmin xəstəlik zamanı 3 ay gündə 4 dəfə çobanyastığı çayı içilməsi daha səmərəli nəticə verir.

Çobanyastığı çiçəyinin spazmolitik təsiri olduğuna görə köpdə, ishalda, bağırsaq spazmlarında gündə 3 dəfə içilir.

Qastrit və kolitdə, mədə-bağırsaq yaralarında gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir.

Çobanyastığı çiçəyi çayından müntəzəm istifadə şəkərli diabetin inkişaf riskin azaldır, görmə itiliyini artırır, onu mütəmadi içənlərdə piylənmə əmələ gəlmir, əsəbləri gərgin olmur, yuxu problemləri olmur, dəriləri canlı qalır, çünki çobanyastığı təbii antioksidant mənbəyidir və qocalmanı ləngidir.