Bayramda küsülülər niyə barışır?


Digərləri 07 Mar 2018 23:15:00 264 0

Bayramda küsülülər niyə barışır?

Artıq bayrama sayılı günlər qalıb. İnsanlar bayram təmizliklərinə və hazırlıqlarına başlayıb. 

Novruz bayramının, tonqal üzərindən tullanmanın insan psixologiyasına həqiqətən təsiri varmı?

Son.az medicina.az-a istinadən xəbər verir ki, psixoloq Zeynəb Eyyubovanın sözlərinə görə, bu bayram insanda psixoloji cəhətdən xoş əhval ruhiyyə yaradır:

"Bayramda küsülülər barışır, qohumlar bir yerə toplaşırlar. Bu da çox müsbət aura yaradır. Məhz tonqalın üzərindən tullanmaqla insanlar öz mənfi enerjilərini atdıqlarını düşünürlər. Bu fikir də şüur altına çökərək insanda müsbət əhvalın yaranmasına səbəb olur".