Rusiyalı keçmiş casusun zəhərlənməsinin səbəbi məlum oldu


Digərləri 07 Mar 2018 22:58:00 254 0

Rusiyalı keçmiş casusun zəhərlənməsinin səbəbi məlum oldu

Rusiyalı keçmiş casus Serqey Skripal və onun qızını öldürmək üçün sinir sistemini iflic edən maddədən istifadə olunub.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə İngiltərə polisi aparılan araşdırmadan sonra bəyanat yayıb.

Serqey və Yuliya Skripal bazar günün günorta saatlarında Salisburi rayonunun ticarət mərkəzində huşsuz vəziyyətdə aşkarlanıb. Hazırda onların reanimasiyada ağır vəziyyətdə olduqları bildirilir.

İngiltərənin terrorla mübarizə üzrə polis idarəsinin rəisi Mark Rouli hadisə yerinə birinci gələn polis zabitinin də xəstəxanada ölümlə çarpışdığını bildirib.

Rouli konkret olaraq hansı maddədən istifadə olunduğunu bildirməsə də, suiqəsdə cəhdin sinir sistemini iflic edən maddə vasitəsilə həyata keçirildiyini bildirib.