Kobud rəftardan inciyən adama filosofun məsləhəti


Digərləri 07 Mar 2018 22:40:00 301 0

Kobud rəftardan inciyən adama filosofun məsləhəti

Bir gün məşhur qədim yunan filosofu Sokrat bir kişini görür ki, çox narahat və nigarandır. Narahat olmasının səbəbini soruşur və həmin şəxs cavab verir: "Yolda gələn zaman tanışlarımdan birini gördüm və salam verdim. O, mənim salamımın cavabını almadı. Etinasız və təkəbbürlü halda çıxıb getdi. Mən onun bu rəftarından çox narahat oldum".

Son.az deyerler.org-a istinadən bildirir ki, Sokrat deyir: "Niyə incimisən?".

Kişi təəccüblə soruşur: "Məlumdur ki, belə rəftar - narahat edəndir".

Sokrat soruşur: "Əgər yolda kimisə görsən ki, yerə düşmüşdür və ağrıdan bükülübdür, ondan inciyərsənmi?".

Kişi deyir: "Əlbəttə də ki, incimərəm, kim xəstədən inciyər ki?".

Sokrat deyir: "İncimək yerinə nə edərdin?".