İmişlidə ağır qəza: xəsarət alanlar var
Digərləri 07 Mar 2018 22:19:00 231 0
İmişlidə xəsarətlə nəticələnən yol qəzası baş verib.
Son.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonu Xəlifəli kəndi ərazisində qeydə alınıb.
İmişli sakini, 1965-cı il təvəllüdlü Təhməzov Bulud oğlunun idarə etdiyi "VAZ" markalı avtomobil Sabirabad rayon sakini, 1968-ci il təvəllüdlü Qəhrəmanov Rəsul Hacıağa oğlunun idarə etdiyi "Shacman" yük maşın ilə toqquşub.
Qəza nəticəsində xəsarət alan sürücülər İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: milli.az