Ermənistanda bundan sonra nə olacaq?


Dünya 07 Mar 2018 22:05:00 206 0

Ermənistanda bundan sonra nə olacaq?

2015-ci ildə qəbul olunmuş Konstitusiyaya əsasən, ölkədə parlament idarəetmə formasının tətbiq edilməsi üçün Ermənistan Milli Məclisində "Ermənistan hökumətinin strukturu və fəaliyyəti haqqında" qanun layihələri paketi üzrə müzakirələr başlayıb.

Bu qanun layihələri toplusu gələcək hökumətin strukturu və başqa hökumət orqanları ilə əlaqələri tənzimləməlidir.

Ölkənin tam parlament idarəçilik formasına keçməsi aprelin 9-dan, Serj Sarkisyanın prezidentlik müddəti başa çatdıqdan sonra nəzərdə tutulur.

Məsələ üzrə əsas məruzəçi Ermənistan ədliyyə naziri David Harutyunyan yeni Ermənistan hökumətinin baş naziri, hazırkı 1 nazir müavini əvəzinə 3 (onlardan biri - birinci müavin adlanar) nazir müavini və hazırkı 18 əvəzinə 17 nazirdən ibarət olacağını qeyd etdi. Beynəlxalq iqtisadi inteqrasiya və islahatlar naziri vəzifəsi ləğv edilir.

Hazırda hökumət nəzdində fəaliyyət göstərən Polis və Milli Təhlükəsizlik Xidmətləri, qanun layihəsinə əsasən, baş nazirə tabe edilir.

Prezident Nəzarət Xidməti əvəzinə yaradılan Dövlət Nəzarət Xidməti və Dövlət Mühafizə Xidməti də baş nazirin tabeliyinə verilə bilər.

Ararat Mirzoyan Ermənistan parlamentindəki "Yelk" ("Çıxış") fraksiyasının üzvü

"Serj Sarkisyan üçün baş nazir diktaturası"

Dəyişikliklərə qarşı cəmi 9 nəfərdən təmsil olunan müxalif "Yelk" ("Çıxış") parlament fraksiyası çıxış etdi. Müxalif millət vəkilləri Ermənistanın "baş nazir diktaturasına əsaslanan super baş nazir hökuməti" yaratmaq istiqamətində hərəkət etməsindən xəbərdar edirlər.

Fraksiyanın üzvü Ararat Mirzoyan "bütün bu dəyişikliklərin bir növ super baş nazir, mütləqiyyət hakimiyyətinin yaradılmasına" apardığını deyir.

"Yelk" fraksiyasının rəhbəri Nikol Paşinyan Ermənistanda "baş nazir diktaturası" tətbiq edildiyini bildirir. Və belə bir qurum yalnız Serj Sarkisyan üçün yaradıla bilər, Paşinyan jurnalistlərə parlamentdə brifinq zamanı deyib.

"Yelk" fraksiyasının rəhbəri Nikol Paşinyan Ermənistanda "baş nazir diktaturası" tətbiq edildiyini bildirir

Prezident Serj Sarkisyan apreldə prezidentlik müddəti başa çatdıqdan sonra baş nazir vəzifəsinə iddia etdiyini bildirməyib. Əksinə, hələ 2004-cü ildə o, ölkə parlament üsul-idarəsinə keçdikdən sonra prezident və baş nazir vəzifələrinə iddia etmədiyini bildirmişdi.

Lakin yeni Konstitusiya ilə tətbiq edilən qanun dəyişiklikləri, bir çox yerli təhlilçi və müxalifət nümayəndələrinə baş nazir vəzifəsinin məhz Serj Sarkisyan üçün "biçildiyini" ehtimal edirlər.

Müxalif millət vəkili ona da işarə edir ki, Ədliyyə Nazirliyi hətta "Dövlət vəzifəsini tutan şəxslərin sosial təminatı haqqında" qanuna dəyişiklik üçün indiki Prezident İqamətgahının baş nazirə verilməsi təklifini edib.

Ermənistan Ədliyyə Nazirliyi indiki Prezident İqamətgahının baş nazirə verilməsi təklifini edib

Belə ki, hakim Respublikaçılar Partiya fraksiyası Serj Sarkisyanı baş nazir vəzifəsinə irəli sürsə, yalnız Prezident İqamətgahının lövhəsi dəyişilə bilər.