Rəqs üzrə Bakı çempionatı keçirilib FOTO


Digərləri 07 Mar 2018 21:52:00 277 0

Rəqs üzrə Bakı çempionatı keçirilib  FOTO

Azərbaycan Gənclər İttifaqı (AGI) tərəfindən təmsil olunan Azərbaycan Rəqs Assosiasiyası (ARA) və Çerlidinq Birliyi "Sərhədçi" İdman Mərkəzində açıq statuslu "Bakı Rəqs və Çerlidinq Çempionatı 2018" keçirilib.

Trend-in məlumatına görə, həmin gün rəqs şousu, folklor stilizasiyası, etnik folklor, bollivud, Çerlidinq, oriental, eləcə də hip-hop şou istiqamətləri üzrə müsabiqələr baş tutub. Çempionat dörd yaş kateqoriyasında keçirilib - beybi, uşaq, yuniorlar, ergin.