Biləsuvarda yük maşını aşıb, sürücü xəsarət alıb


Digərləri 07 Mar 2018 21:48:00 253 0

Biləsuvarda yük maşını aşıb, sürücü xəsarət alıb

Biləsuvarda yük maşını aşıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bəydili kəndi ərazisində baş verib.

Məlumata görə, şirkətlərdən birinə məxsus olan və yol çəkilişi üçün qum aparan "KamAZ" markalı yük maşını hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.