Əzablara son qoyan nöqtələr


Digərləri 07 Mar 2018 21:35:00 266 0

Əzablara son qoyan nöqtələr

Xalq təbabətində ən çox istifadə olunan müalicə üsullarından biri də masajdır.

Son.az medicina.az-a istinadən bildirir ki, masajın müxtəlif növləri olsa da, nöqtə masajı bunların içərisində xüsusi diqqət çəkir.

Çin nöqtə masajı - əsas xüsusiyyətləri və üstünlükləri

Nöqtə masajının (akupressura) minillik tarixi var. Xalq təbabətində bu üsulun müalicə metodu kimi tanınması 18 - ci əsrə təsadüf edir. Hələ qədim zamanlarda təbiblər insan orqanizminə ətraf aləmlə bağlı bir sistem kimi baxırdılar. Əgər insan xəstələnirdisə, bunu  təkcə onun orqanizminin daxilində baş verən  pozğunluqla deyil, bunu həm də onu əhatə edən mühitlə də əlaqələndirirdilər. Ona görə də müalicə üçün orqanizmin həm daxili, həm də xarici harmoniyasını bərpa etmək lazımdır. Bu məsələnin həlli, insan orqanizmində daxili orqanlarla əlaqəli olan xüsusi nöqtələrin kəşfi ilə mümkün oldu. Bundan başqa, bu nöqtələr imkan verdi ki, xəstəlikdən qurtarmaq üçün xarici enerjidən istifadə olunsun. Müasir nöqtə masajının əsasında da "Həyat enerjisi"nin sirkulyasiyası - dövriyyəsi prinsipi durur. Bioloji aktiv nöqtələrə (BAN) təsir etmək  barmaqlar və ya fırça ilə həyata keçirilir. Nəticədə, orqanlar və ya orqanlar sisteminin enerji tarazlığı bərpa olunur, əzələ və əsəb gərginliyi aradan qaldırılır. Çox vaxt BAN xəstə orqandan uzaqda yerləşir. Məsələn əgər ürək nahiyyəsində ağrı hissiyatı varsa, onu sol əlin kiçik barmağının dırnağının daxili hissəsinə yaxın olan yerində yerləşən nöqtə ilə aradan qaldırmaq olar.

Akupressura və ya nöqtələri bədənin hansı yerlərində tapmaq olar?

Mühüm BAN-ları tapmaq üçün mütəxəssislər təqribən 700 nöqtənin yerini göstərən şəkillər və topoqrafik xəritələr tərtib ediblər. Bundan başqa, bəzən  elektrik müqavimətinə əsaslanan xüsusi cihazlardan istifadə olunur. BAN tapmaq üçün fərdi olaraq barmaqlarınızın yastığından istifadə edərək buna nail ola bilərsiniz: dərinizin üstü ilə barmağınızı sürüşdürərək harda codluq və ağrı hiss etsəniz, demək ki, ora axtardığınız nöqtədir.

İstənilən nəticəni əldə etmək üçün, nöqtə massajının texnikası müxtəlifdir. Məsələn, yüksək əzələ tonusu zamanı masajın məqsədi dincəltmək və sakitləşdirməkdir. Əksinə, əzələ atrofiyalarının müxtəlif növlərində stimullaşdırıcı texnikadan istifadə edilir.   Belə masajları həm mütəxəssis, həm də bədəndə olan nöqtələrin yerini bilən və masaj etməyin qaydalarını öyrənən hər bir kəs özü edə bilər. Masajın mahiyyəti, dəridə olan bioloji aktiv nöqtələri qıcıqlandırmaqdır. Belə nöqtələrin sayı insan bədənində 700-dən çoxdur. Belə aktiv nöqtələri bədənin üzdə olan yerlərindən başqa, onları barmaqların arasında, dil önündə, diz qapaqlarında, qatlanacaqlarda da təyin etmək lazımdır.

Təsir mexanizminə görə nöqtələr aşağıdakılardır:

1.Ümumi təsir göstərənlər (mərkəzi sinir sisteminə təsir göstərir)

2.Onurğaya təsir göstərənlər (fəqərələr boyunca yerləşirlər, müəyyən orqanlar sisteminə təsir göstərirlər)

3. Seqmentar nöqtələr (birbaşa bu nöqtələrlə bağlı olan orqanların toxumalarına təsir göstərirlər)

4.Yerli və lokal nöqtələr (vətərlərdə, oynaqlarda, əzələlər və qan damarlarında yerləşirlər)

5.Regional - məhəlli (dəridə yerləşirlər, daxili orqanlara təsir edirlər)

Nöqtə mssajının keyfiyyətli təsiri üçün onu düzgün etməkdən başqa, hansı xəstəlikdə BAN-ın düzgün seçilməsinin daha çox əhəmiyyəti var. Bunun üçün mütəxəssislərin xüsusi qaydalar sistemi var. Məsələn, mədənin və bağırsaqların problemlərində, eyni vaxtda yuxarı və aşağı ətraflardakı nöqtələrdən istifadə edilir.

Nöqtə masajı çox vaxt ənənəvi dərman müalicəsi ilə yanaşı istifadə edilir. Bu zaman masajın qaydalarına ciddi əməl edilməli və bütün əks göstərişlər nəzərdən qaçırılmamalıdır.   Masajı düzgün yerinə yetirmək üçün, bədəni bərabər hissələrə nəzərən bölmək lazımdır. Bədəndə olan akapuhktur nöqtələr barəsində də əlavə biliklərə malik olmaq və onlara hansı güclə təsir edə bilmək bacarığına yiyələnmək lazımdır. Nöqtənin yerindən asılı olaraq güc tətbiq edilməlidir.

Xəstəlikləri qruplaşdırmaq lazımdır: kəskin, xroniki, yüngül, ağır. Nöqtə masajının başlanğıcı qısa müddətli olmalıdır. Baxmaq lazımdır ki, orqanizm masaja necə reaksiya verir. Xoşa gəlməyən əhval-ruhiyyə yaranarsa, massaj saxlanılır. Müvəqqəti pisləşmə baş verə bilər və ondan qorxmaq lazım deyil.